Yığma komandalarımız Avstriyada təlim-məşq toplanışına qatıldılar

Bütün yaş qruplarından ibarət qadın cüdoçularımız Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
"Mediasport" xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilmiş təlim düşərgəsi 2–4 iyun tarixlərində baş tutub.
Toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar, yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər.
Təlim-məşq düşərgəsi qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatında mübarizə aparacaq qadın cüdoçularımız hazırlığın növbətini mərhələsini Bakıda, gənc və yeniyetmə qızlarımız isə Avstriyanın Leybnits şəhərində davam etdirəcək.