"Məqsədimiz qrupdan çıxmaqdır" - Almaniyada oynayan milli üzvü
"Hazırda milli komanda ilə təlim-məşq toplanışındayıq. Qarşıda iki vacib oyunumuz var, hazırlaşırıq. Məqsədimiz hər iki matçda qələbə qazanmaqdır".
Bu sözləri "Mediasport"a qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva deyib.
Müdafiəçi millinin dünya çempioantına hazırlığı və qarşıdakı iki görüş haqda düşüncələrini bölüşüb:
"Fikrimcə, ilk oyunda qələbə qazansaq, Macarıstanda da yaxşı futbol nümayiş etdirə bilərik. Rəqiblərimiz güclü kollektivlərdir.
İlk matçdan da çox şey asılıdır. Ciddi hazırlaşırıq. Qrupdan çıxmaq üçün bacardığımızı edəcəyik".
Qeyd edək ki, komandamız martın 3-də Bakıda Şimali Makedoniya, 7-də isə Felksutda Macarıstan yığması üz-üzə gələcək.
