Azərbaycan millisinin baş məşqçisi Vyetnamda təlim keçdi - FOTOLAR

Azərbaycan millisinin baş məşqçisi Vyetnamda təlim keçdi - FOTOLAR

Vyetnamın Dananq şəhərində Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Dünya Güləş Birliyinin (UWW) əməkdaşlığı çərçivəsində "Level 2 Coaching Course və Beach Wrestling Coaching Course" təşkil olunub.

"Mediasport" xəbər verir ki, təlimləri bolqarıstanlı mütəxəssis Georgi Sredkov, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin (IOC) müşahidəçisi, UWW-nin məşqçilik təhsili üzrə mütəxəssisi və ali qurumun Çimərlik Güləşi Komitəsinin üzvü olan milli komandanın baş məşqçisi Oyan Nəzəriani keçib.

Altı gün davam edən kurs zamanı iştirakçılara güləş üzrə müasir məşqçilik metodları, nəzəri və praktiki təlimlər keçirilib.

Proqram çərçivəsində UWW-nin tədris materialları və metodik vəsaitləri ətraflı şəkildə öyrənilib, məşq prosesinin təşkili və idmançıların hazırlığı ilə bağlı qabaqcıl yanaşmalar iştirakçılarla bölüşülüb.

Kursun yekununda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub. 

Tədbir məşqçilərin peşəkar bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin paylaşılması və güləş idman növünün inkişafına töhfə vermək məqsədi daşıyıb.