Azərbaycanın 4 hakimi Bakıda dünya çempionatında olacaq
İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.
Azərbaycan Güləş Federasiyasından "Mediasport"a verilən məlumata görə, bir həftə Milli Gimnastika Arenasında davam edəcək mötəbər yarışda 4 ədalət təmsilçimiz yer alacaq.
I-S kateqoriyalı Sədi Quliyev, həmçinin I kateqoriyalı Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaqlar.
Ümumilikdə dünya çempionatında görüşləri 68 hakim idarə edəcək.


