"Bornmut" "Mançester Siti" və "Bayern" kimi nəhəngləri qabaqladı

"Bornmut" "Mançester Siti" və "Bayern" kimi nəhəngləri qabaqladı

Avropanın "Top-5" liqalarında 2025/2026 mövsümündə məğlubiyyətsizlik seriyasına malik klubların siyahısı yenilənib.

Sıralamaya İngiltərənin "Bornmut" klubu başçılıq edir (16 oyun).

Bu sezon 127 illik tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan klub son dəfə yanvarda uduzub.

İkinci pillədə "Bayern" (15 oyun, yanvar), üçüncü sırada "Mançester Siti" (14 oyun, yanvar) qərarlaşıb.

"İnter" 4-cü (9 oyun, mart), "Lids" 5-ci (8 oyun mart) olub. "Roma" (6 oyun, aprel) və "Rayo Valyekano" (6 oyun, aprel) 6-7-ci pillələri bölüşdürürlər.

Mediasport.com.az