Avropanın "Top-5" liqalarının "qocaman" futbolçuları - SİYAHI

İspaniya La Liqası, İngiltərə Premyer Liqası və İtaliya A Seriyasında 2025/2026-cı illər mövsümündə yaşı 34-dən çox olan xeyli sayda futbolçu oynayacaq.
"Mediasport" xəbər verir ki, "Score 90" platforması "köhnə qitə"nin aparıcı çempionatlarında həmin oyunçuların yer aldığı simvolik "11-lik" hazırlayıb.
Hər üç liqa üzrə rəmzi heyətləri təqdim edirik.
İspaniya La Liqası
Qapıçı: Voyçex Şesni ("Barselona", 35 yaş);
Müdafiəçilər: Deyli Blind ("Jirona", 35 yaş), İniqo Martinez ("Barselona", 34 yaş), Florian Lejün ("Rayo Valyekano", 34 yaş), Mark Bartra ("Betis", 34 yaş);
Yarımmüdafiəçilər: Dani Rodriges ("Malyorka", 37 yaş), Daniel Parexo ("Vilyarreal", 36 yaş), Santi Kasorla ("Ovyedo", 40 yaş);
Hücumçular: Antuan Qrizmann ("Atletiko", 34 yaş), Robert Levandovski ("Barselona", 36 yaş), Ante Budimir ("Osasuna", 34 yaş).
İngiltərə Premyer Liqası
Qapıçı: Neto ("Bornmut", 36 yaş);
Müdafiəçilər: Kiran Tripyer ("Nyukasl", 34 yaş), İdrissa Geye ("Everton", 35 yaş), Vircil van Dayk ("Liverpul", 34 yaş), Kayl Uolker ("Börnli", 35 yaş);
Yarımmüdafiəçilər: İlkay Gündoğan ("Mançester Siti", 34 yaş), Cordan Henderson ("Brentford", 35 yaş), Ceyms Milner ("Brayton", 39 yaş);
Hücumçular: Tom Kerni ("Fulhem", 34 yaş), Raul Ximenes ("Fulhem", 34 yaş), Danni Uelbek ("Brayton", 34 yaş).
İtaliya A Seriyası
Qapıçı: David De Xea ("Fiorentina", 34 yaş);
Müdafiəçilər: Juan Jesus ("Napoli", 34 yaş), Martin de Ron ("Atalanta", 34 yaş), Françesko Açerbi ("İnter", 37 yaş), Matteo Darmian ("İnter", 35 yaş);
Yarımmüdafiəçilər: Henrix Mxitaryan ("İnter", 36 yaş), Luka Modriç ("Milan", 39 yaş), Kevin de Brüyne ("Napoli", 34 yaş);
Hücumçular: Aleksis Sançes ("Udineze", 36 yaş), Edin Zeko ("Fiorentina", 39 yaş), Pedro ("Latsio", 38 yaş).
Rövşən ƏLİSOY