Almaniya ilə yanaşı, Fildişi Sahili və Ekvador da pley-offa yüksəldi

Almaniya ilə yanaşı, Fildişi Sahili və Ekvador da pley-offa yüksəldi

ABŞ, Kanada və Meksikanın birgə keçirdiyi futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, E qrupunda 3-cü turun oyunlarından sonra daha 2 milli komandanın pley-offa çıxması rəsmiləşib.

Lider Almaniya millisi ilə yanaşı, Fildişi Sahili və Ekvador yığmaları 1/16 finala yüksəliblər.

Sonuncular Bundestim üzərində geridönüşlə inamlı qələbə qazanıblar - 2:1.

Afrikalılar isə debütant Kürasao futbolçularına şans verməyiblər - 2:0. Bu, Afrika təmsilçisinin tarixində ilk belə uğurudur.

Beləliklə, Almaniya qrupda 6 xalla 1-ci, Fildişi Sahili eyni xalla 2-ci, Ekvador isə 4 xalla 3-cü olub.

Xatırladaq ki, daha əvvəl Almaniya ilə yanaşı, ABŞ, Kanada, Meksika, Fransa, Argentina, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Mərakeş, CAR, o cümlədən ən yaxşı qrup üçüncülərindən Bosniya və Herseqovina yığması pley-offa çıxıb.