"Levski"nin "Sabah"la Konfrans Liqası oyunları üçün sifariş ərizəsi

"Levski"nin "Sabah"la Konfrans Liqası oyunları üçün sifariş ərizəsi

"Sabah"ın UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi "Levski" təmsilçimizlə oyun üçün sifariş ərizəsini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Bolqarıstan təmsilçisinin heyətində 24 futbolçunun adı yer alıb.

Qapıçılar: Oqnyan Vladimirov, Martin Lukov, Svetoslav Vutsov;

Müdafiəçilər: Maykon, Kristian Makun, Vonderson Sunami, Aldair Neves, Viktor Lyubenov, Kristian Dimitrov, Oliver Kamdem;

Yarımmüdafiəçilər: Fabio Lima, Karlos Ohene, Asen Mitkov, Everton Bala, Qasper Trdin, Mazir Sula, Patrik Mısloviç, Georgi Kostadinov, Radoslav Kirilov;

Hücumçular: Mustafa Sanqare, Rildo, Borislav Rupanov, Marin Petkov, Karl Fabyen.

Xatırladaq ki, "Sabah" "Levski" ilə oyunu avqustun 7-də səfərdə, cavab görüşünü isə avqusun 14-də Bakıda keçirəcək.