Elmar Qasımov Açıq Avropa Turnirində yarışacaq - SİYAHI

Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada təşkil olunacaq Açıq Avropa Turnirində iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, yarışda ölkəmiz 11 çəki dərəcəsində 24 cüdoçu (15 kişi, 9 qadın) ilə təmsil olunacaq.
Kişi cüdoçulardan Hüseyn Allahyarov, Murad Muradlı, Qasım Vəlizadə (hamısı 60 kq), Kənan İsmayılov, Tofiq Məmmədov, Elşən Əsədov, Nazir Talıbov, İslam Rəhimov (hamısı 66 kq), Kamran Süleymanov, İbrahim Əliyev, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Naim Hüseynov (90 kq) və Elmar Qasımov (100 kq) gücünü sınayacaq.
Xatırladaq ki, heyətə cəlb olunan Elmar Qasımov yenidən milliyə qayıdıb. Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı 2023-cü ildə peşəkar karyerasını başa vurduğunu açıqlamışdı.
Ötən il karyerasını bərpa edən 2009-cu ilin gənclər arasında Avropa çempionu 2024-cü ildə Azərbaycan çempionatının qalibi adına yiyələnərək yenidən millinin heyətində yer alıb.
Qadınlardan isə Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Gülnarə Bayramova, Ülviyyə Bayramova, Vüsalə Hacıyeva (hamısı 57 kq), Südabə Ağayeva, Aytac Qardaşxanlı (hər ikisi 70 kq), Günel Həsənli və Nərmin Əmirli (78 kq) yarışacaqlar.
İdmançılarımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif rəhbərlik edəcək.
Sentyabrın 27-28-də keçiriləcək turnirə 37 ölkədən 454 idmançı (283 kişi, 171 qadın) qatılacaq.