Liqa yarışında 3-cü tur keçiriləcək

 Liqa yarışında 3-cü tur keçiriləcək

28-29 avqustda cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının 3-cü turu keçiriləcək.

"Mediasport" xəbər verir ki, yarışda 63 klub və idman cəmiyyətindən olan 322 idmançı (264 oğlan, 58 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.