"Bu hazırlıq çatışmazlıqları aradan qaldırmağa imkan yaratdı”

“Uğurlu təlim-məşq toplanışı keçdik. Planlaşdırılan məşqlərin yüksək səviyyədə reallaşması üçün hər cür şərait yaradılmışdı".
"Mediasport" xəbər verir ki, bunu 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev deyib.
Mütəxəssis Moldova toplanışını dəyərləndirib:
"Hər iki oyun bizim üçün çox faydalı oldu. Komanda fiziki və taktiki cəhətdən yaxşı hazırlaşdı. Ən önəmlisi yeni futbolçuların kollektivə uyğunlaşması idi. Onların məşqlərdə yeni taktikalara necə reaksiya verdiklərini görmək baxımından toplanış çox faydalı oldu. Təbii ki, üzərində işləməli olduğumuz məqamlar var. Bu hazırlıq da həmin çatışmazlıqları aradan qaldırmağa imkan yaratdı”.
Qeyd edək ki, U-19 millimiz hər iki yoxlama oyununda Moldova yığması üzərində 2:0 hesablı qələbə qazanıb.