"Qolları necə buraxdığımız bir qədər məyusedici oldu" - ŞƏRH

"Qolları necə buraxdığımız bir qədər məyusedici oldu" - ŞƏRH

“Komandamla fəxr edirəm. Bu səviyyədə debütümüz idi və bəlkə də daxilən bir qədər daha artığını gözləyirdik".

"Mediasport" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Litvalı mütəxəssis UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Mançester Yunayted"lə ilk tur görüşünü şərh edib.

O, 0:4 məğlubiyyət haqda bunları qeyd edib:

"Ona görə də qolları necə buraxdığımız bir qədər məyusedici oldu, xüsusilə də ilk hissənin sonlarında buraxdığımız iki qol. Bu, müəyyən qədər təcrübəsizlikdən irəli gəlirdi.

Topa sahib olmaq və oyuna nəzarət etmək imkanımız yarananda bunu etməyə çalışırdıq. Əlbəttə, “Mnçester Yunayted” bir çox məqamda öz oyununu bizə qəbul etdirirdi, amma düşünürəm ki, bizim də qol epizodlarımız oldu.

Bəzən hücum xəttimizlə müdafiəmiz arasındakı məsafə həddindən artıq böyük olurdu. Topu itirəndə bəzən öz düzülüşümüzə qayıtmağa belə macal tapmırdıq.

Belə olduğu halda onlar bizi dəfələrlə keçə bilərdilər. Üç ildən sonra Çempionlar Liqasına qayıdıb qələbə qazanmaq böyük nəticədir. Onları təbrik edirəm”.