Azərbaycan yığması Millətlər Liqasına qələbə ilə başladı

Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupuna start verilib.
"Mediasport" xəbər verir ki, açılış oyununda Azərbaycan millisi Belçika ilə qarşılaşıb.
“ASCO Arenada” keçirilən matç yığmamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin qollarını Fərhad Əyyubov (2 qol) və Sənan Hacıyev vurublar.
Qeyd edək ki, Azərbaycan millisi sabah İsrail, oktyabrın 19-da isə Niderland və Ukrayna milliləri ilə qarşılaşacaq.