Millimizin sabiq üzvü Türkiyə Super Liqası klubuna keçdi
Azərbaycan milli komandasının sabiq futbolçusu Samet Karakoç karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
"Mediasport" xəbər verir ki, 23 yaşlı sol cinah müdafiəçisi "Antalyaspor"la müqavilə imzalayıb.
Tərəflər arasında anlaşma mövsümün sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycanın U-19 və U-21 millilərində forma geyinmiş Karakoç ölkəmizdə "Qəbələ"də də oynayıb.
