Azərbaycan millisinin üzvləri 1 milyon avroluq DÇ-də yarışacaq

Azərbaycan millisinin üzvləri 1 milyon avroluq DÇ-də yarışacaq

Azərbaycan şahmatçıları Qətərin paytaxtı Dohada keçiriləcək rapid və blits üzrə dünya çempionatında iştirak edəcək.

"Mediasport" xəbər verir ki, ilin son yarışında ölkəmiz 14 şahmatçı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı yarışacaq.

Qadın zəka sahiblərindən isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları qüvvələrini sınayacaqlar.

Dekabrın 25-30-da baş tutacaq mundialın ümumi mükafat fondu 1 milyon avrodan çoxdur.