“Bu layihə çempionatımızı daha cəlbedici edəcək" - AFFA rəsmisi

“Bu layihə çempionatımızı daha cəlbedici edəcək" - AFFA rəsmisi

“Bu layihə çempionatımızı daha cəlbedici edəcək. Dünyanın müxtəlif ölkələrində “fantasy” oyunlarına maraq kifayət qədər böyükdür".

"Mediasport" xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

Federasiya rəsmisi Azərbaycan Premyer Liqası üçün hazırlanan “APL Fantasy” tətbiqinin təqdimat mərasimində iştirak edib.

O, layihənin Azərbaycan futbolunda azarkeş auditoriyasının genişlənməsinə xidmət edəcəyini vurğulayıb:

"Yeni tətbiq uzun müddətdir futbolsevərlər tərəfindən gözlənilirdi. Hesab edirəm ki, bu, Premyer Liqaya əlavə maraq qazandıracaq.

Məsələn, İngiltərə Premyer Liqasının "fantasy" platforması milyonlarla istifadəçini özündə birləşdirir.

Azərbaycandan da həmin tətbiqdə 15 mindən çox qeydiyyat var. İnanırıq ki, “APL Fantasy” də azarkeşlər tərəfindən böyük maraqla qarşılanacaq.

Əsas məqsədimiz futbola yeni azarkeşlər qazandırmaqdır”.