UEFA Çempionlar Liqasında həftənin "11-liy"i müəyyənləşdi

UEFA Çempionlar Liqasında həftənin "11-liy"i müəyyənləşdi

UEFA Çempionlar Liqasında 5-ci tur matçlarından sonra həftənin rəmzi komandası müəyyənləşib.

"Mediasport" xəbər verir ki, simvolik "11-liy"ə İngiltərə, İspaniya, İtaliya və Fransa klublarını təmsil edən futbolçular düşüblər.

Bakıda "Sabah"ın qapısından 2 top keçirən "Barselona"nın futbolçusu Entoni Qordon hücum xəttində yer alıb:

Qapıçı: Alisson Beker ("Liverpul", İngiltərə);

Müdafiəçilər: Natan Nqoy ("Lill", Fransa), Loqan Kosta ("Vilyarreal", İspaniya), Mario Hermoso ("Roma", İtaliya);

Yarımmüdafiəçilər: Nikolo Barella ("İnter", İtaliya), Luis Milya ("Komo", İtaliya), Cud Bellingem ("Real", İspaniya), Rayan Şerki ("Mançester Siti", İngiltərə);

Hücumçular: Entoni Qordon ("Barselona", İspaniya), Kuço Ernandes ("Betis", İspaniya), Kilian Mbappe ("Real", İspaniya).