Dünya Kuboku-2026: Yeni tarix, yeni rekordlar - STATİSTİKA

Dünya Kuboku-2026: Yeni tarix, yeni rekordlar - STATİSTİKA

Dünya Kuboku-2026 artıq ilk günlərindən maraqlı göstəricilər, fərqli statistikaları ilə yadda qalır.

Tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə 3 ölkədə (ABŞ, Kanada, Meksika) keçirilən turnirdə indiyədək qeydə alınmış rekordları təqdim edirik:


Bir gündə ən yüksək tamaşaçı rekordu - İyunun 16-da keçirilən dörd oyunu stadionlardan ümumilikdə 281 min 223 tamaşaçı izləyib. Bununla 1994-cü ildə müəyyən edilmiş 277 min 070 nəfərlik rekord yenilənib.

Qrup mərhələsinin ilk 6 günündə rekord tamaşaçı sayı - Geridə qalan günlərdə stadionlara 1 milyon 309 min 652 azarkeş gəlib. Bu, əvvəlki yarışlarla müqayisədə azı 30 faiz artım deməkdir.

ABŞ-də futbol matçı üzrə televiziya rekordu - ABŞ – Paraqvay oyunu 27,5 milyon tamaşaçı tərəfindən izlənilib və ölkə tarixində ən çox izlənilən futbol yayımı olub.

Lionel Messinin yeni dünya rekordu - Argentinalı ulduz dünya çempionatları tarixində iştirak edən ilk 6 qat futbolçu olub (Portuqaliyalı Kriştiano Ronaldo ondan sonra meydana çıxıb)

Ən yaşlı het-trik müəllifi - 39 yaşlı Lionel Messi Əlcəzairlə oyunda het-trik edərək dünya çempionatları tarixinin ən yaşlı het-trik müəllifi olub.

Yohan Manzambinin rekordu - Yohan Manzambi dünya çempionatları tarixində oyuna sonradan daxil olub bir matçda iki qol vuran ən gənc futbolçu olub.

Yaş fərqi üzrə yeni rekord - Lamin Yamal ilə Vojinya eyni oyunda mundialda debüt edən futbolçular arasında ən böyük yaş fərqinə sahib olublar.

Avtoqollar üzrə qeyri-adi rekord tendensiyası - Hələlik qeydə alınan 6 avtoqol bir çox hücumçunun qol sayını üstələyib. Bu, mundiallar tarixində nadir hadisələrdən sayılır.

Ev sahibi üçün böyük uğur - Kanada millisinin hücumçusu Conatan Devid dünya çempionatında het-trik edən ilk ev sahibi ölkə futbolçusu olub. Daha əvvəl belə bir göstəriciyə yalnız İngiltərə millisinin əfsanəsi Ceff Hörst 1966-cı il mundialının finalında imza atıb.

Digər meydan sahibindən tarixi nəticə - Meksika millisi dünya çempionatına ev sahibliyi edən komandalar arasında ilk iki oyununda qələbə qazanaraq qapısını toxunulmaz saxlayan ilk yığma olub. Buna sonuncu dəfə 1998-ci ildəki Dünya Kubokunda meydan sahibi Fransa futbolçuları nail olublar.

Mediasport.com.az