Son "Tottenhem"dən ayrıldı

Cənubi Koreyalı futbolçu Son Hın Min İngiltərə klubu "Tottenhem"dən ayrıldığını açıqlayıb.
"Mediasport" xəbər verir ki, bu barədə London klubunun rəsmi sosial şəbəkə hesabı vasitəsilə məlumat verilib.
2015-ci ildən Premyer Liqa təmsilçisinin formasını geyinən hücumçu ayrılıq qərarını komandanın Cənubi Koreyada baş tutan mətbuat konfransında açıqlayıb.
Son Hın Min 10 il ərzində "Tottenhem"də ümumilikdə 454 oyuna çıxıb, 173 qol vurub.
Xatırladaq ki, forvard ötən mövsüm paytaxt klubu ilə UEFA Avropa Liqasının qalibi olub.