Dünya çempionatında 1/4 finala vəsiqə qazanan ilk dörd komanda

Dünya çempionatında 1/4 finala vəsiqə qazanan ilk dörd komanda

ABŞ-nin təşkil etdiyi FİFA klublarası dünya çempionatı davam edir.

"Mediasport" xəbər evrir ki, yarışda 1/8 final mərhələsinin matçları start götürüb və 1/4-ə vəsiqə qazanan ilk kollektivlər müəyyənləşib.

"Bayern" (Almaniya), PSJ (Fransa), "Çelsi" (İngiltərə) və "Palmeyras" (Braziliya) adını növbəti raunda yazdırıb.

Almaniya nəhəngi "Flamenqu"nu (Braziliya), UEFA Çempionlar Liqasının son qalibi olan fransızlar Lionel Messili "İnter Mayami"ni (ABŞ), London təmsilçisi "Benfika"nı (Portuqaliya), "Palmeyras" isə Braziliya derbisində "Botafoqo"nu məğlub edib.

Tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən dünya çempionatına iyulun 13-də yekun vurulacaq.