"3 xal qazanmaq üçün çox çalışmalı olduğumuzu anlayırdıq"
"Fikrimcə, pis oyun olmadı. Həm hücumda, həm müdafiədə yaxşı oynadıq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 10-cu turunun "Şamaxı" ilə səfər oyunu haqda danışıb, 3:2 hesablı qələbəni şərh edib:
"Bilirdik ki, "Şamaxı" heç də asan rəqib deyil. 3 xal qazanmaq üçün çox çalışmalı olduğumuzu anlayırdıq.
İlk 5-7 dəqiqə ərzində "Şamaxı" yaxşı hücumlar qurdu, qol vəziyyətləri yaratdı. Ondan sonra biz toparlandıq və standart vəziyyətdən qol vurduq.
Buna baxmayaraq, rəqib hesabı bərabərləşdirdi. Fasiləyə bərabərliklə yollandıq.
Uşaqlara dedik ki, təzyiqi və intensivliyi artırmaq lazımdır. Heç bir halda xal itirə bilməzdik.
İkinci hissədəki oyunumuzdan xoşum gəldi. Rəqibin çox fürsətləri olmadı. Amma hesabı bərabərləşdirə bildilər.
Biz dəyişikliklər etdik və bu işə yaradı. Adeleke Akinyemi 3-cü qolu vurdu. Şamaxıda oynamaq çətindir.
Bura orta dağlıq ərazidir. Uşaqlar deyirdilər ki, sanki oksigen çatmır. Bu, normal haldır. Əsas odur ki, qalib gəldik.
Azarkeşlərimizə təşəkkür edirəm. Bizi çox gözəl dəstəklədilər. Onların qarşılarında baş əyirik".

