ÇL, AL və KL-in final oyunlarını idarə edəcək hakimlər açıqlandı
UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının final oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.
"Mediasport" xəbər verir ki, mayın 30-da Macarıstanda PSJ ilə "Arsenal" arasında baş tutacaq ÇL-in həlledici görüşündə əsas söz sahibi almaniyalı Daniel Sibert olacaq.
Mayın 20-də Türkiyədə keçiriləcək AL-in “Frayburq” - “Aston Villa” finalı fransalı Fransua Leteksyeyə həvalə edilib.
Mayın 27-də Almaniyada reallaşacaq KL-in "Kristal Pelas" - "Rayo Valyekano" finalını isə italiyalı Maurisio Mariani idarə edəcək.
