Dünya çempionu bu komandanı vaxtından əvvəl elitaya çıxardı

Dünya çempionu bu komandanı vaxtından əvvəl elitaya çıxardı

Növbəti mövsüm üçün 2-ci Liqadan İtaliya A Seriyasına vəsiqə qazanan ilk komanda məlum olub.

"Mediasport" xəbər verir ki, B Seriyasının lideri "Sassuolo" bir illik aradan sonra elitaya yüksəlib.

Dünya çempionu Fabio Qrossonun baş məşqçisi olduğu kollektiv vəzifənin öhdəsindən 33 turdan sonra gəlib.

"Neraverdi" 75 xalla ən yaxın izləyicisi "Piza"nı 9 xal qabaqlayır və qalan 5 turun hamısında məğlub olsa belə, 2-ci sıradan aşağı enməyəcək.

3-cü yerdə qərarlaşmış "Spezia"nın aktivində 59 xal var.

Xatırladaq ki, komanda ötən mövsüm A Seriyasında sonuncu olmuşdu.