Keçmiş futbolçusu "İnter"in yeni baş məşqçisi təyin edildi

Keçmiş futbolçusu "İnter"in yeni baş məşqçisi təyin edildi

Simone İnzagi ilə yollarını ayıran İtaliyanın "İnter" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Milan təmsilçisini Kristian Kivu çalışdıracaq.

Rumıniyalı mütəxəssislə iki illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 2007-2014-cü illərdə "İnter"in heyətində 115 oyun keçirmiş Kivu milanlıların aşağı yaş qruplarından ibarət komandalarının baş məşqçisi olub.

O, son olaraq "Parma"da işləyib.