Azərbaycan cüdoçularının dünya çempionatı rəqibləri müəyyənləşdi

 Azərbaycan cüdoçularının dünya çempionatı rəqibləri müəyyənləşdi

Azərbaycanın yeniyetmə cüdoçularının Ekvadorun Quayakil şəhərində keçiriləcək dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib.

Bu barədə "Mediasport"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildirilib.

Avqustun 20-dən 23-dək təşkil olunacaq mötəbər turnirdə ölkəmiz 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.


Qızlar


40 kq, 1/8 final

Sunay Salamova – Soyol-Erden Qansux (Monqolustan)

Zəhra Quliyeva – Adiya Janaxmet (Qazaxıstan)

44 kq, 1/16 final

Pərvin Sevxanlı – Lihi Soffer (İsrail)

48 kq, 1/16 final

Könül Eyvazlı – Ella Bar Lev (İsrail)


Oğlanlar


50 kq, 1/8 final

Fərid Rzazadə – Dimitrios Qulas (Yunanıstan) / Süleyman Doğru (Türkiyə) cütünün qalibi ilə

55 kq, 1/16 final

Fərid Xudiyev – Kristian Marin (Kosta-Rika)

55 kq, 1/8 final

İbrahim Talıbov – Bayel İsmayılov (Qırğızıstan) / Sebastyan Suqimoto (Argentina) cütünün qalibi ilə

66 kq, 1/16 final

İlkin Qarayev – Yesus Perea Vallve (Peru)

73 kq, 1/16 final

Yusuf Nəzər – Conas Nelissen (Kanada)

Sadiq Məmmədov – Georq Noqes (Estoniya)

81 kq, 1/32 final

Ayxan Həsənli – Alberto Montes (Kosta-Rika)

81 kq, 1/16 final

Yaqub Məmmədov – Alijan Saylaubekov (Qazaxıstan)

90 kq, 1/16 final

Ömər Axundov – Val Berqlez Kos (Sloveniya)

Nurəddin Əliyev – Pablo Fernandes Kalero (İspaniya)