"Böyük Dəbilqə": 8 cüdoçumuz Tacikistan turnirinə yollanacaq

 "Böyük Dəbilqə": 8 cüdoçumuz Tacikistan turnirinə yollanacaq

Azərbaycan cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək.

"Mediasport" xəbər verir ki, mayın 2-4-də baş tutacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 8 idmançı ilə təmsil olunacaq.

Böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiçin rəhbərliyi ilə Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Camal Qamzatxanov, Kənan Nəsibov (hər ikisi +100 kq) yarışacaq.

Turnirin ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev yer alacaq.

"Böyük Dəbilqə"də 27 ölkədən 226 cüdoçu (123 kişi, 103 qadın) mübarizə aparacaq.