Şuşa Uşaq və Gənclər İdman Məktəbi ölkə çempionu oldu
Qadın və kişi cüdoçuların Azərbaycan çempionatı yekunlaşıb.
"Mediasport" xəbər verir ki, Bakı İdman Sarayında keçirilən birinciliyin üçüncü günündə komanda yarışlarının qalibləri müəyyənləşib.
Qadınların mübarizəsində Şuşa Uşaq və Gənclər İdman Məktəbi çempion olub.
Gümüş medalı "Umbayev Sport Club", bürünc mükafatı "Neftçi" İdman Klubunun birinci komandası əldə edib.
Kişilər arasında çempionluğu "Kanokan-TT" PCİK qazanıb.
"Azəri-Cüdo" İKİB ikinci, "Sərhədçi" İM və "Atilla" İK komandaları isə üçümcü yeri tutublar.
