Azərbaycanın iki güləş hakimi dünya çempionatına təyinat aldı
Azərbaycanın I-S dərəcəli güləş hakimləri Asif Şirəliyev və Sədi Quliyev Qazaxıstanın paytaxtı Astanada keçiriləcək böyüklər arasında dünya çempionatına təyinat alıblar.
Bu barədə "Mediasport"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Dünya Güləş Birliyi (UWW) ədalət təmsilçilərinə etimad göstərib.
Birincilik oktyabrın 24-dən noyabrın 1-dək təşkil olunacaq.


