Millimizi bəyənmədi, sonra İraqı seçdi - Karyerasını başa vurdu

Millimizi bəyənmədi, sonra İraqı seçdi - Karyerasını başa vurdu

Bakıda anadan olmuş Jiloan Hamad peşəkar futbolçu karyerasını başa vurub.

"Mediasport" xəbər verir ki, almaniyalı Berti Foqtsun zamanında AFFA-nın təklifini qəbul etməyərək İsveç yığmasını seçən iraq əsilli vinger heç bir klubdan dəvət almadığı üçün bu addımı atıb.

36 yaşlı futbolçu son olaraq 2025-ci ildə İraqın "Zako" klubunda 2 oyun keçirib.

Xatırladaq ki, 2006-2018-ci illərdə İsveçin bütün yaş qrupları üzrə milli komandalarında çıxış etmiş Hamad sonradan tarixi vətəninə üz tutaraq İraq yığmasında forma geyinib.

O, karyerası ərzində "Forvard", "Malmö", "Hammarbü", "Örebro" (hamısı İsveç), "Hoffenhaym-2" (Almaniya), "Standard" (Belçika), "İnçeon Yunayted" (Cənubi Koreya), "Qoriça" (Xorvatiya), "Əl Xolud" (Səudiyyə Ərəbistanı), “Utai Tani” (Tayland) və "Li Man" (Honq Konq) komandalarında oynayıb.