DÇ: Azərbaycanı Bolqarıstandakı turnirdə 23 güləşçi təmsil edəcək

Avqustun 17-dən 24-dək Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı keçiriləcək.
"Mediasport" xəbər verir ki, “Samokov Arena”da təşkil ediləcək turnirdə Azərbaycanı 23 güləşçi təmsil edəcək.
Yarışın ilk günlərində sərbəst güləşçilər mübarizəyə start verəcək Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Fərhad Hacıyev (61 kq), Ağa Qasımov (65 kq), Nurlan Ağazadə (70 kq), Ağanəzər Novruzov (74 kq), Muradxan Omarov (79 kq), Təbriz Bayramov (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.
Qadınların mübarizəsində baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaq.
Dünya çempionatının son günlərində estafet yunan-Roma güləşçilərinə keçəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli və Zöhrab Abbasovun rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) ölkəmizi təmsil edəcək.
Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da start götürəcək. Medallar uğrunda qarşılaşmalar 19:00-da başlayacaq.
Məsul yarışda I dərəcəli hakimlər - Kamran Əliyev və Bəşir İsazadə də iştirak edəcəklər.