Avropa çempionatında Azərbaycan millisinin 28 üzvü yarışacaq

Avropa çempionatında Azərbaycan millisinin 28 üzvü yarışacaq

Dünya Güləş Birliyi (UWW) U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçiriləcək yarışda ölkəmizi 28 pəhləvan təmsil edəcək.

Sərbəst və yunan-Roma güləşində 10, qadın güləşində 8 idmançımız yarışacaq.

Sərbəst güləş yığmamızın heyətində Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Fərid Cabbarov (79 kq), Arseni Cioyev (86 kq), Sadiq Mustafazadə (92 kq), Əbdülcəlil Şabanov (97 kq) və Yusif Dursunov (125 kq) yer alıb.

Yunan-Roma güləşində xalçaya Elmir Əliyev (55 kq), Hüseyn Qəribov (60 kq), Ziya Balaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Aqil Musayev (97 kq) və Ayxan Mərdanov (130 kq) çıxacaqlar.

Qadın güləşi komandamıza Əsmər Canqurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova (55 kq), Gültəkin Şirinova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq), Ruzanna Məmmədova (65 kq) və Zöhrə Kərimzadə daxil edilib.

Qitə birinciliyi martın 8-14-də keçiriləcək.