Sonuncu dünya çempionatında vurulan 172 qolu xatırlayaq - VİDEO

Sonuncu dünya çempionatında vurulan 172 qolu xatırlayaq - VİDEO

Planetin ən güclü futbol yarışı - dünya çempionatına sayılı günlər qalıb.

Dördilliyin zirvə çempionatı bu dəfə tarixdə ilklərlə yadda qalacaq. Mundial ilk dəfə 3 ölkənin təşkilatçılığı və 48 milli komandanın iştirakı ilə keçiriləcək.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya birinciliyi iyunun 11-də start götürəcək, iyulun 19-na qədər davam edəcək.

Hələliksə son DÇ-ni - 2022-ci ildə Qətərdə baş tutmuş yarışı xatırlamağa dəyər.

"Mediasport" "Qətər-2022"də reallaşmış 64 oyunda vurulmuş 172 qolu təqdim edir.

Qeyd edək ki, bu göstərici həmin vaxt Dünya Kubokları tarixində rekord idi və əvvəlki rekord olan 171 qolu (1998 və 2014-cü il mundialları) geridə qoyub.