Deputat: "İmtiyaz, pul - hər şey ola bilər, ancaq iradə və məsuliyyət..."

Deputat: "İmtiyaz, pul - hər şey ola bilər, ancaq iradə və məsuliyyət..."

"Bu nə komanda! Bu nə möcüzə! Soyuqqanlı geri dönüş! Budapeştdə futbol dərsi keçdilər! Musa Qurbanlının qol vurması daha çox sevindirdi".

"Mediasport" xəbər verir ki, bu fikirlər Millət vəkili Fazil Mustafaya məxsusdur.

Deputat UEFA Çempionlar Liqasında təmsilçimiz "Qarabağ"ın Macarıstanda "Ferensvaroş" klubu ilə pley-off mərhələsinin ilk oyununda qazandığı qələbə haqda paylaşım edib:

"Bu qolların içində azərbaycanlı imzası çox önəmlidir. Azərbaycan futbolunun bataqlıq mühitində Qurban Qurbanov göstərdi ki, gülüstan yaratmaq mümkündür! İmtiyaz, pul - hər şey ola bilər, ancaq iradə və məsuliyyət olmasa bunlar bir işə yaramaz.

“Qarabağ”dan sonra Azərbaycan futbolunda ən azı 6 sıra boşdur. Avropada bir qələbə qazana bilməyən millimizə göstərdi ki, elə milli komandamız da “Qarabağ”dır!

Buradakı əcnəbi futbolçular bəzi milli futbolçularımızdan daha çox Azərbaycan ruhuyla oynayırlar. Bir sözlə, hamısına Halal olsun!".

Xatırladaq ki, Budapeştdə 3:1 hesablı qələbə qazanan Azərbaycan çempionu avqustun 27-də Bakıda cavab matçına çıxacaq.