Azyaşlı futbolçuları yumruqla vuran məşqçinin cəzası təxirə salındı

Azyaşlı futbolçuları yumruqla vuran məşqçinin cəzası təxirə salındı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı azyaşlı futbolçuları vurduğuna görə cəzalanan “Şamaxı”nın məşqçisi Vüqar Süleymanov haqqında verdiyi qərarı təxirə salıb.

“Mediasport” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb:

“AFFA U-15 Liqasında keçirilən “Şamaxı” FK - "Metak” FK oyununda “Şamaxı” FK komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanovun meydana daxil olaraq Metak komandasının bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinə əsasən müstəsna hal kimi Vüqar Süleymanovu 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzası verilməsi barədə AFFA İntizam Komitəsinin 21 may 2025-ci il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınsın”.