Dieqor Forlan milli komandanın baş məşqçisi təyin edildi - RƏSMİ
Dünya Kuboku-2026-da uğursuz çıxışı ilə yadda qalan Uruqvay milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Marselo Byelsadan boş qalan posta ötənlərin məşhur futbolçusu Dieqo Forlan gətirilib.
47 yaşlı mütəxəssislə ilkin olaraq 9 aylıq müqavilə bağlanıb.
Ölkənin U-20 yığması da ona həvalə edilib.
Xatırladaq ki, Forlan məşqçiliyə vətənində - “Penyarol”ya başlayıb, daha sonra sonra “Atenas”da işləyib.
2002-2014-cü illərdə millidə 112 oyun keçirmiş sabiq hücumçu 2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu seçilib.


