Donald Tramp DÇ-2026-nın Təşkilat Komitəsinin rəhbəri oldu

Donald Tramp DÇ-2026-nın Təşkilat Komitəsinin rəhbəri oldu

ABŞ-nin prezidenti Donald Tramp DÇ-2026-nın Təşkilat Komitəsinin rəhbəri olub.

"Mediasport" xəbər verir ki, o, ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə baş tutacaq mundiala hazırlıq işlərinə məsul seçilib.

FİFA prezidenti Canni İnfantino Tramp ilə görüşdə Təşkilat Komitəsinə rəhbər keçməsi münasibətilə prezidentə xüsusi hazırlanmış top hədiyyə edib.

Qeyd edək ki, tarixdə ilk dəfə üç ölkədə keçiriləcək dünya çempionatı gələn il iyunun 11-dən iyulun 19-dək reallaşacaq.

İlk dəfə mundialda 48 komanda mübarizə aparacaq.