Dünya çempionatında Azərbaycanı onlar təmsil edəcəklər - SİYAHI

Parapauerliftinq üzrə Azərbaycan millisinin üzvləri bu gün Misirin paytaxtı Qahirədə start götürəcək dünya çempionatında çıxış edəcəklər.
"Mediasport" xəbər verir ki, ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq.
Yığmanın heyətində Pərvin Məmmədov (49 kq), Ceyhun Mahmudov (59 kq), Rəsul Zəkiyev (88 kq), İlhamiz Kərimov (107 kq), Zəhra Dadaşova (61 kq) və Leyla Kərimova (79 kq) qüvvələrini sınayacaqlar.