Hacı Əliyevin rəqibi müəyyənləşdi
Güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyevin RAF peşəkar güləş liqasında ilk rəqibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, o, iyunun 13-də ABŞ-də Sebastian Rivera ilə qarşılaşacaq.
Hacı Əliyev bir neçə gün öncə RAF peşəkar güləş liqası ilə rəsmi müqavilə imzalamışdı.
Bu müqavilə ilə təmsilçimiz ABŞ-də sərbəst güləşi peşəkar şou və "fight-night" formatı ilə birləşdirən nüfuzlu platformasında çıxış edəcək ilk azərbaycanlı idmançı kimi tarixə düşüb.
