Millimizin iki güləşçisi reytinq turnirində gümüş medal qazandı

 Millimizin iki güləşçisi reytinq turnirində gümüş medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri start götürüb.

"Mediasport" xəbər verir ki, Azərbaycanın iki təmsilçisi ilk gündə gümüş medal qazanıb.

Sərbəst güləş üzrə millimizin 3 üzvü mübarizə aparıb - İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) yalnız finalda məğlub olublar.

Kənan Heybətov (70 kq) isə startda uduzaraq medalsız qalıb.

Olimpiya mükafatçısı və Avropa çempionu Giorgi Meşvildişvili (125 kq) zədələndiyi üçün yarışa qatılmayıb.