Azərbaycan millisi gümüş medalçı oldu - Dünya çempionatı
Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandası İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.
"Mediasport" xəbər verir ki, zəka sahiblərimiz finalda Beynəlxalq Şahmat Federasiyasının (FIDE)
komandası ilə üz-üzə gəliblər.
Şahmatçılarımız ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzaraq mundialda ikinci olublar.
Xatırladaq ki, millimiz İlahə Qədimovanın kapitanlığında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva ilə təmsil olunub.
