Dünya futbolu YAS İÇİNDƏ - Jota avtomobil qəzasında həlak oldu!

Dünya futbolu YAS İÇİNDƏ - Jota avtomobil qəzasında həlak oldu!

Dünya futbolu adına faciə baş verib.

"Mediasport" xəbər verir ki, Portuqaliya milli komandası və "Liverpul"un futbolçusu Dioqu Jota avtomobil qəzasında həlak olub.

28 yaşlı forvardın Samora əyalətində idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb.

Yanğın nəticəsində Jota ilə yanaşı, yanında olan 25 yaşlı qardaşı, Portuqaliyanın "Penafiel" klubunun üzvü Andre Silva da vəfat edib.

Qeyd edək ki, forvard Portuqaliya millisinin heyətində 2 dəfə UEFA Millətlər Liqasının qalibi olub, "Liverpul"la İngiltərə çempionluğunu qazanıb.

Jota iyunun 22-də özünə toy etmişdi.