İspaniya milli komandası Dünya Kubokunda finala vəsiqə qazandı
Futbol üzrə 23-cü dünya çempionatında ilk yarımfinal oyunu baş tutub.
"Mediasport" xəbər verir ki, son Dünya Kubokunun finalçısı Fransa milli komandası İspaniya yığması ilə qarşılaşıb.
Görüş ispanların inamlı qələbəsi ilə yekunlaşıb.
Digər finalçının adına bu gün İngiltərə və Argentina kollektivlərinin duelindən sonra aydınlıq gələcək.
Mundial iyulun 19-da yekunlaşacaq.
Dünya Kuboku-2026. Yarımfinal
Fransa - İspaniya 0:2
Qollar: Mikel Oyarsabal, 22-pen., Pedro Porro, 58.
Baş hakim: İvan Barton (Salvador)


