Dünya ulduzları DÇ-2026-nın bağlanış mərasiminə qatılacaqlar

Dünya ulduzları DÇ-2026-nın bağlanış mərasiminə qatılacaqlar

İyulun 19-da baş tutacaq futbol üzrə 23-cü Dünya Kubokunun bağlanış mərasimində çıxış edəcək ulduzların adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundial möhtəşəm şou-proqramla yekunlaşacaq.

​Nyu-York/Nyu-Cersi stadionunda ("MetLife") reallaşacaq tədbirdə incəsənət dünyasının ən məşhur simaları iştirak edəcəklər.

Mərasimə ​Tom Kruz, ​​Robbi Uilyams, ​Cennifer Hadson, ​Nikol Şerzinger, İşouspid və ​Laura Pauzini kimi məşhurlar qatılacaqlar.

Bağlanış iyulun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.