"Turan Tovuz" Suraxanıda "İmişli" ilə bərabərə qaldı - YENİLƏNDİ
Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tur davam edir.
"Mediasport" xəbər verir ki, son oyun gününün ilk qarşılaşması Suraxanıda baş tutub.
Avrokuboklara iddialı "Turan Tovuz" debütant "İmişli"nin müqavimətini qıra bilməyib.
Tura Tofiq Bəhramov adına Respublika stadionunda yekun vurulacaq.
Azərbaycan Premyer Liqası. 22-ci tur
"Turan Tovuz" - "İmişli" 0:0
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Bakı, "Azərsun Arena"
