Fevral ayında Azərbaycanda ən yaxşı qol müəllifi Əli Bağırov oldu

Fevral ayında Azərbaycanda ən yaxşı qol müəllifi Əli Bağırov oldu

Futbol üzrə Azərbaycan 2-ci liqasında "Ayın qolu" layihəsinin qalibi məlum olub.

"Mediasport" xəbər verir ki, fevralın ən yaxşı qlunun müəllifi "Ağstafa Gəncləri"nin üzvü Əli Bağırov olub.

Hücumçu layihənin təşkilatçısı olan Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırılıb.

Qalibə mükafatı 18-ci turun "Ağstafa Gəncləri" - "Şirvan" qarşılaşmasından əvvəl qurumun Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.