Emin Mahmudov "Neftçi"nin 5 illik həsrətinə Yevlaxda son qoydu
“Neftçi” Misli Premyer Liqasında ardıcıl 2 səfər oyununda üç və ya daha çox qol vurub.
"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, XVIII turda “Araz-Naxçıvan”a 4 cavabsız qol vuran qonaqlar XX turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.
“Ağ-qaralar”ın Premyer Liqadakı səfər oyunlarında belə məhsuldarlıq seriyası son 5 mövsümdə ilk dəfə qeydə alınıb.
Bakılılar sonuncu dəfə 2020/21 mövsümünün sonlarında – 2021-ci ilin mayında “Şamaxı”nı 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edib.
