Rəşad Sadıqov dostunun oğlunu "Zirə"nin əsas komandasına götürdü

Rəşad Sadıqov dostunun oğlunu "Zirə"nin əsas komandasına götürdü

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov ötən mövsümdən gözlənilən addımı atıb.

Klubdan "Mediasport"a ötürülən informasiyaya görə, mütəxəssis yaxın dostu Zaur Həşimovun oğlu Səlim Həşimovu əsas komandaya götürüb.

Çalışdırıcı "Şamaxı" ilə icarə müqaviləsi başa çatan qapıçını A komandasına cəlb edib.

O, 19 yaşlı qolkiperə yeni mövsümdə Premyer Liqada yetərli şans verəcəyini deyib.

"Qartallar"ın əsas qapıçı Tyaqo Silva ilə vidalaşdığını və Aydın Bayramovun da davamlı və etibarlı oynamadığını nəzərə alsaq, Sadıqovun Həşimova yetəri qədər güvənəcəyi inandırıcıdır.

Əlavə edək ki, digər ehtiyat qapıçı - 41 yaşlı Anar Nəzirov onsuz da meydana çıxmır, son mövsümdə 1 dəfə də şans əldə etməyib.

Xatırladaq ki, U-21 milli komandamızın üzvü olan Səlim başa çatan mövsüm "Şamaxı"nın əsas heyətində cəmi 1 oyun keçirib, onda da 3 top buraxıb ("Qəbələ" - "Zirə" 3:1).

Futbola elə "Zirə"nin akademiyasında başlayan Həşimov orada atasının rəhbərliyində yetişib.

Uzun müddətdir "Zirə" akademiyasının koordinatoru vəzifəsini icra edən Zaur Həşimov isə bugünlərdə Premyer Liqaya yüksələn "Şəfa"nın baş məşqçisi təyin edilib.