Əzəli və əsas rəqibi ilə bərabərə qalan "Traktor" liderliyini qorudu

Əzəli və əsas rəqibi ilə bərabərə qalan "Traktor" liderliyini qorudu

Futbol üzrə İran çempionatında 21-ci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, çempionatın vahid lideri "Traktor" doğma meydanda əzəli və əsas rəqibi "Sepahan"la qarşılaşıb.

Cənubi Azərbaycan təmsilçisi üstün oynasa da, matçda hesab açılmayıb.

Təbriz klubu 45 xalla 1-ci pillədə qalıb. "Sepahan" 44 xalla ikincidir.

"Al qurdlar"ın növbəti rəqibi martın 16-da "Qol Qohar" olacaq.