Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda start götürən dünya çempionatında qızıl medal qazanıb.
"Mediasport" xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançımız finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib.
Bu gün mübarizəyə qoşulan Balabəy Ağayev (60 kq), Könül Əliyeva və Şəfəq Həmidova (48 kq) isə ümidləri doğrultmayıb.
Dünya birinciliyi oktyabrın 11-dək davam edəcək.

