Azərbaycanda daha bir uşağa Kristiano Ronaldonun adı verildi
Azərbaycanda daha bir uşağa dünya futbolunun canlı əfsanəsi Kristiano Ronaldonun adı qoyulub.
"Mediasport" xəbər verir ki, fakt Ədliyyə Nazirliyinin statistik məlumatlarından ibarət siyahıda yer alıb.
2025-ci ildə valideyn dünyaya gələn oğlan övladını ulduz futbolçunun şərəfinə adlandırıb.
Xatırladaq ki, bu, Azərbaycanda ilk belə hal deyil. Daha əvvəl də ölkəmizdə Kristiano Ronaldo və Lionel Messinin adları çox uşağa verilib.
